"Kopenhagen"in məşqçisi "Qarabağ"a görə QOVULDU

6 Sentyabr 2017 10:52 (UTC+04:00)

Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. Klubun rəsmi saytıxəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib.

Danimarka mətbuatı iddia edir ki , buna səbəb komandanın Çempionlar Liqasının "pley-off" mərhələsindəki uğursuz çıxışı olub. Lakin uğursuzluğa görə baş məşqçinin yox, köməkçisinin qovulması təəccüblə qarşılanıb.

Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində iki oyunun nəticəsinə görə "Qarabağ"a uduzub. Azərbaycan çempionu evdə qələbə qazanıb (1:0), səfərdə məğlub olub (1:2) və səfər qolu sayəsində qrupa vəsiqə qazanıb. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. (fanat.az)