DƏHŞƏT: 8 yaşlı uşağı öldürdü, doğradı və...

10 Sentyabr 2017 21:19 (UTC+04:00)

Türkiyənin Sultanqazi bölgəsində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan suriyalı uşaq qonşusu tərəfindən amansızcasına qətlə yetirilib. 8 yaşlı Rehat Aşar saat 3 radələrində evdən çıxaraq marketə gedib. Marketdən əslən Əfqanıstandan olan qonşusu ilə çıxan uşaq son olaraq təhlükəsizlik kameralarına düşüb.

Suriyalı uşağı evə aparan qonşu naməlum səbəblərdən onu öldürüb. Öldürdüyü uşağın cəsədini doğrayaraq 3 zibil qutusuna qoyub, əl arabası ilə yaxınlıqdakı zibilliyə aparıb.

Polis tərəfindən şübhəli qismində saxlanılan qonşu ifadəsində uşağı öldürdüyünü etiraf edib.

Azyaşlının təcavüzə məruz qalıb-qalmadığını öyrənmək üçün zibli poliqonunda uşağın cəsədi axtarılır. Cəsəd tibbi ekspertizaya göndəriləcək.

Faktla bağlı cinayət işi açılıb.

Könül Cəfərli