152 nəfər xlordan zəhərləndi

12 Sentyabr 2017 06:41 (UTC+04:00)

Türkiyənin Siirt vilayətində 152 nəfər xlordan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Siirt vilayətində kəndlərin birində baş verib.

Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Hazırda xlor sızmasının səbəbi müəyyənləşdirilir.