Valyuta MƏZƏNNƏLƏRİ

18 Sentyabr 2017 09:52 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 18 sentyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, sentyabrın 18-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7007 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0309 manat təşkil edir.

1 türk lirəsi 0,4947 manat, 1 rus rublu 0,0295 manat, 1 İran rialı 0,0046 manat, 1 gürcü larisi isə 0,6851 manatdır.