Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edildi

20 Sentyabr 2017 06:31 (UTC+04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

Publika.az xəbər verir ki, sentyabrın 19-da Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə və 1 evin həyətyanı sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 350 ədəd partlamamış hərbi sursat (PHS), 71 ədəd partlamış-yanmış mərmi qalıqları və 1342 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 499,000 kv.m (49.90 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 24 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 29 əkin sahəsinə, 10 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 6 958 ədəd partlamamış hərbi sursat (PHS), 3 665 ədəd partlamış-yanmış sursat qalıqları və 10 818 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 36 827 738 kv.m (3 682.77 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.