İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:19 (UTC+04:00)

İraq ordusu əl-Xuvetca şəhərinin azad olunması üçün peşmərgə qüvvələri ilə razılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saziş ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin vasitəçiliyi ilə imzalanıb.

Razılaşmaya əsasən, peşmərgə əl-Xuvetcaya gedən yollarda təhlükəsizliyi, İraq ordusu isə şəhərə hücumu təşkil etməlidir.