Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:11 (UTC+04:00)

Kiyev vilayət şurasında deputatlar arasında dava düşüb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, dava zamanı “Pyotr Poroşenkonun Bloku”ndan olan deputat Vitali Karlyuk “Batkivşina” Partiyasından olan həmkarı Vladislav Xaxulinanı nokaut edib.

“Batkivşina”nın nümayəndəsi xəstəxanaya yerləşdirilib. Hazırda onun şüursuz vəziyyətdə olduğu bildirilir. Həkimlər deputata çənə və dişlərin sınığı, həmçinin beyin silkələnməsi diaqnozu qoyublar.

Hadisə vilayət şurasının iclası zamanı, uzun müzakirələrdən sonra gündəliyin səsverməyə qoyulması zamanı baş verib.

Ömər Dağlı