"Kəpəz" də siftə etdi

29 Sentyabr 2017 21:36 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 7-ci tur çəçivəsində "Qəbələ" "Kəpəz"i qəbul edib.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 48-ci dəqiqədə Kərim Diniyev, 58-ci dəqiqədə isə İlkin Sadıqov vurub.

Qeyd edək ki, bu, "Kəpəz"in cari mövsümdə ilk qələbəsidir. Hazırda komandanın aktivində 4 xal var.