Referendumun nəticələri elan edildi - VİDEO

2 Oktyabr 2017 08:12 (UTC+04:00)

İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon referendumun nəticələrini elan edib.

"Report" xəbər verir ki, o, prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini deyib.

"2 milyon 20 min 144 nəfər və ya 90 faiz müstəqilliyin lehinə səs verib", - deyə Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul mətbuat konfransında bildirib.

Referendumda 5,3 milyon seçicidən 2,2 mln. nəfəri iştirak edib.

Madrid referendumu və plebisitin nəticələrini tanımır.