Meksikada sərnişin avtobusu aşdı: 15 ölü, 30 yaralı

3 Oktyabr 2017 01:09 (UTC+04:00)

Meksikanın Qvadalaxara şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

Publika.az “Anadolu”ya istinadən xəbər verir ki, sərnişin avtobusun aşması nəticəsində 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Hadisəyə səbəb sürüşkən yol və yağışlı hava şəraiti olub.