Pxenyandan baş nazirə “nüvə buludları” ilə CAVAB

3 Oktyabr 2017 13:30 (UTC+04:00)

“Yaponiyanın bəyanatları Koreya yarımadasında gərginlik yaradır və təhlükəli işdir. Bu, Yapon arxipelaqına nüvə buludlarını gətirəcək”.

Publika.az xəbər verir ki, bu haqda Şimali Koreyanın rəsmi agentliyi olan Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) yazıb.

STAK öz bəyanatında Yaponiyanın baş naziri Sindzo Abenin BMT Baş Assambleyasındakı çıxışına istinad edib.

Baş nazir beynəlxalq cəmiyyəti nüvə proqramından imtinaya məcbur etmək üçün Pxenyana təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, beynəlxalq cəmiyyət nüvə proqramı üçün lazım olan mallar, vasitələr və texnologiyalara Koreya Xalq Demokratik Respublikasının girişini bloklamalıdır.

“Biz Şimali Koreyanı nüvə proqramından imtina etməyə məcbur etməliyik. Bunun üçün dialoq deyil, təzyiq lazımdır”, - Sindzo Abe deyib.

Ömər Dağlı