36 yaşlı Adriana Lima qarın əzələlərini nümayiş etdirdi - FOTOLAR

5 Oktyabr 2017 11:15 (UTC+04:00)

Adriana Lima qarın əzələlərini nümayiş etdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model “Victorias Secret” alt paltarı markasının dəfiləsinin hazırlıqlarına başlayıb. Dəfiləyə bir neçə ay əvvəlcədən hazırlaşan model bədəninin qüsursuz görünməsi üçün saatlarla məşq edir.

Model bu dəfə fərdi məşqçisi Dora Hartmanla markanın idman geyimləri haqqında çəkilən sənədli filmdə rol alıb. Çəkilişlər idman zalında aparılıb.

Məlumat üçün bildirək ki, 2 uşaq anası olan Adriana yəhudi əsilli türkiyəli terapevt Metin Hara ilə sevgilidir.

Aytən