Ərdoğan elan etdi - ƏMƏLİYYAT BAŞLADI

7 Oktyabr 2017 13:31 (UTC+04:00)

Türkiyə ordusu və Azad Suriya Ordusu Suriyanın İdlib vilayətində əməliyyata başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Türkiyə əsgərlərinin hələ İdlibdə olmadığını, Azad Suriya Ordusunun isə artıq orada olduğunu deyib. Onun sözlərinə görə, zirehli texnikanın Suriyaya giriş-çıxışı üçün Türkiyə-Suriya sərhədindəki divarın bir hissəsi götürülüb.

Ömər