FHN iki azyaşlını xilas etdi

8 Oktyabr 2017 00:21 (UTC+04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami və Nəsimi rayonlarında 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hər iki mənzilin qapısını açmış və uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatlar başa çatıb.