Millimiz 2-ci oyununda serblərə uduzdu

8 Oktyabr 2017 11:15 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Publika.az goal.az-a istinadən xəbər verir ki, 7-ci qrupda mübarizə aparan yığmamız 2-ci turda Serbiya ilə qarşılaşıb. Bu görüşdə komandamız 1:4 hesabı ilə uduzub. Millimiz ilk görüşdə İrlandiya ilə qolsuz heç-heçə etmişdi.

7 oktyabr

U-19 Avropa çempionatı

Serbiya - Azərbaycan - 4:1
Yovanoviç, 36 (1:0), 52 (2:0), Terziç, 73 (3:0), Maksimoviç, 83 (4:0), Bahadur Hazıyev, 90-pen (4:1)