Zakir Həsənov Belarusda döyüş texnikaları ilə tanış oldu - FOTOLAR

8 Oktyabr 2017 21:30 (UTC+04:00)

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.