Göygöldə şagird məktəbdə bıçaqlandı

9 Oktyabr 2017 11:54 (UTC+04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)