Siyəzəndə qəza: xəsarət alan var

11 Oktyabr 2017 03:21 (UTC+04:00)

Dünən axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.