Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən
təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə
rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə
riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün
gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.
Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini
təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə
sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş
aparatlarından istifadə edilib.