İŞİD Suriyada strateji təchizat yolunu itirdi

13 Oktyabr 2017 18:15 (UTC+04:00)

Suriya ordusu Deyr-ez-Zor şəhərətrafında yerləşən strateji əhəmiyyətli Xatla qəsəbəsini İŞİD terror qruplaşmasından təmizləyib.

Publika.az xəbər verir ki, bu haqda Suriya ordusunun hücum dəstələrindən birinin komandiri “RİA-Novosti” agentliyinə bildirib.

“Xatla strateji əhəmiyyətli ərazidi. Qəsəbədən terrorçuların təchizatı yollarından biri keçirdi”, - o deyib.

Oktyabrın 10-da Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya aviasiyası Xatlada İŞİD qüvvələrinə zərbələr endirib. Aviazərbələr nəticəsində terror qruplaşmasının nəzarət məntəqəsi və döyüşçülərin üç qrupu məhv edilib.

Ömər