Fəhlə liftin şaxtasına düşərək öldü

16 Oktyabr 2017 14:02 (UTC+04:00)

Bakıda bədbəxt hadisə baş verib.

Fövqəladə hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.