Tiflisdə partlayış: 3 nəfərin vəziyyəti ağırdır

16 Oktyabr 2017 15:57 (UTC+04:00)

Gürcüstanda güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, paytaxt Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində qeydə alınan partlayışda 3 nəfər ağır yaralanıb.

Hadisə nəticəsində yaxınlıqda yerləşən binaya ciddi ziyan dəyib. Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən ilkin məlumatlara görə, yaralıların vəziyyətinin ağır olduğu deyilib.

Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.

Könül Cəfərli