Prezidentin İsveçrəyə səfəri başa çatdı

16 Oktyabr 2017 16:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gedib. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.