Qayıq batdı, 40 nəfər itkin düşdü

16 Oktyabr 2017 18:40 (UTC+04:00)

Haitidən olan 50 miqrantı qeyri-qanuni şəkildə sərhəddən keçirəcək olan qayıq batıb.

Publika.az xəbər veri ki, hadisə Karib dənizində baş verib. Tortyu adası yaxınlığında batan qayıqdan 7 nəfərin xilas edildiyi deyilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

40 nəfərdən çox insan itkin düşüb.

Yerli qurumların məlumatına görə, miqrantlar qanunsuz yollarla Providensiales adasına keçmək istəyiblər.

Hazırda dənizdə itkin düşən 40 nəfərin axtarışları davam edir.

Könül Cəfərli