Portuqaliyada meşə yanğınları: 35 ölü

16 Oktyabr 2017 22:23 (UTC+04:00)

Portuqaliyada meşə yanğınları zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 7 nəfər itkin düşmüş hesab edilir.

Məlumata görə, ölkədə ümummilli matəm elan ediləcək.

Alovun söndürülməsinə 4 minə yaxın yanğınsöndürən cəlb edilib.