ABŞ ordusunun çavuşu Bov Berqdahl “Taliban” terror təşkilatının əlində 5 il əsir qaldıqdan sonra Quantanamodakı “Taliban” üzvləri ilə dəyişdirilib.
Publika.az xəbər verir ki, fərarilikdə təqsirləndirilən hərbçi öz ölkəsində məhkəmə qarşısına çıxarılıb.
B.Berqdahl Əfqanıstanın cənubunda 2009-cu ildə birliyini tərk etdikdən sonra “Taliban” tərəfindən qaçırılmışdı. 5 il sonra isə Quantanamo körfəzindəki Amerikanın dəniz bazasında əsir saxlanılan 5 terrorçu ilə dəyişdirilmişdi.
Daha sonra çavuş “fərarilik” və “düşmən qarşısında yanlış davranmaq” maddələri ilə təqsirli bilinib. O, fərariliyə görə 5 ilə qədər həbs cəzası alsa da, daha sonra ikinci günahı ucbatından ömür boyu həbsə məhkum edilib.
Barak Obamanın prezidentliyi dövründə B.Berqdahlın ölkəsinə qayıtması ABŞ üçün böyük uğur kimi dəyərləndirilmişdi.
Zümrüd