Üst-üstə qalibiyyət əldə edən komandaya prezidentlərindən JEST - başlarına pul səpdi

19 Oktyabr 2017 03:02 (UTC+04:00)

Çempionlar Liqasında 3/3 edərək rekorda imza atan “Beşiktaş” klubunun prezidenti futbolçularına jest edib.

Publika.az xəbər verir ki, prezident Fikrət Orman UEFA-dan gələn 1,5 milyon avronun yarısını futbolçulara paylayıb.

Rəhbərlik mövsümün əvvəlində hər qalibiyyətə 10 min avro mükafat verilməsini nəzərdə tutmuşdu. Ancaq klubun üst-üstə qalibiyyət aldığını görən prezident futbolçularını yenidən mükafatlandırmaq istəyib. Beləliklə, “qara qartallar” sadəcə Çempionlar Liqasında 60-70 min avro qazanıblar.

Zümrüd