“Dinamo Kiyev”in yeni transferi təcili xəstəxanaya yerləşdirildi - FOTOLAR

20 Oktyabr 2017 13:00 (UTC+04:00)

“Dinamo Kiyev” futbol klubunun ulduzu Domaqoj Vida təcili xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, təcrübəli futbolçu 2-2 hesabı ilə bitən “Dinamo Kiyev” – “Young Boys” matçında ağır yaralanıb və oyunun 79-cu dəqiqəsində meydanı tərk edib.

Təcili xəstəxanaya yerləşdirilən futbolçunun beyin sarsıntısı keçirdiyi bildirilib.

Qeyd edək ki, hazırda “Dinamo Kiyev” forması geyinən D.Vida mövsüm arasında Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi “Beşiktaş” komandasına qatılacaq.

Zümrüd