Rusiyanın bu silahı ABŞ-ı ÇARƏSİZ QOYUR

21 Oktyabr 2017 10:45 (UTC+04:00)

İstehsalı təkcə Rusiyaya məxsus olan “S-400” havadan müdafiə sistemi Orta Şərqdə bütün oyunların qaydalarını dəyişib.

Publika.az xəbər verir ki, bunu Amerikanın “National İnterest” dərgisinin yazarı Stefen Biren etiraf edib.

“S-400”ün mənzilləri 400 km məsafədən 4 fərqli tipdəki raketləri fırlatmaq potensialına sahibdir. S.Biren isə ABŞ istehsalı olan “Patriaot” sisteminin 96 km mənzilli sadəcə bir raket fırlatmaq qabiliyyətini xatırladaraq, hər iki sistemin müqayisəsini verib.

O, ABŞ-ın “S-400”ə qarşı hər hansı bir silaha sahib olmadığını deyib.

Zümrüd