Valyuta MƏZƏNNƏLƏRİ

24 Oktyabr 2017 09:36 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 24 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, oktyabrın 24-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9997 manat təşkil edir.

1 türk lirəsi 0,4587 manat, 1 rus rublu 0,0296 manat, 1 İran rialı 0,0045 manat, 1 gürcü larisi isə 0,6798 manatdır.