Ən etibarlı parolların tərtib edilməsi metodikası

24 Oktyabr 2017 20:40 (UTC+04:00)

Kibertəhlükəsizliklə məşğul olan ekspertlər ən etibarlı parolların tərtib edilməsi metodikası haqqında məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, cinayətkarların parolu daha tez tapması bilavasitə rəqəm və hərflərin ardıcıllığından asılıdır. Böyük Britaniyada mobil şəbəkə və qurğu istifadəçilərinin təxminən iyirmi faizi ən sadə parollardan (şəxsi adlar, soyadlar, rəqəmlərin ardıcıllığı: 123123 və s.) istifadə edir. Məhz belə şifrələri tapmaq olduqca sadədir. Söhbət xüsusilə hakerlərin hücum obyekti olan internet-bankinq üçün şəxsi kabinetlərdən gedir.

Orta səviyyəli hakerə çox da mürəkkəb olmayan parolu tapmaq üçün təxminən 10 saniyə lazımdır. Fərdi məlumatların mühafizəsi üçün bir sıra qaydalara riayət etmək tələb olunur.

Parollarda ilk növbədə doğum tarixindən istifadədən imtina etmək vacibdir. Müəyyən ardıcıllıqla sıralanmış rəqəmlər proqram üçün maneə deyil. Mövcud olmayan sözlərdən və ya sadəcə hərf ardıcıllıqlarından istifadə etmək tövsiyə olunur. Həmçinin proqramı yanıltmaq üçün müəyyən sadə simvolları növbə ilə böyük hərflərlə əvəzləmək lazımdır. (Azərtac)