Belarusun Rusiyaya borcu açıqlandı – 6.5 MİLYARD DOLLAR

25 Oktyabr 2017 14:00 (UTC+04:00)

Rusiyanın Minskə veridiyi dövlət kreditləri üzrə borc məbləği oktyabr ayına qədər 6.5 milyard dollar təşkil edib.

Publika.az bildirir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiyanın baş naziri Dmitri Medvedevə istinadən məlumat yayıb.

“Belarusun gecikdirilmiş öhdəlikləri yoxdur", - materialda həmçinin bildirilir.

Hazırda Rusiya tərəfindən Belarusa dövlət kreditlərinin verilməsi haqqında 8 hökumətlərarası razılaşma da qüvvədədir. Bunlar Atom Elektrik Stansiyasının tikintisinə və 7 digər böyük xərclər üçün nəzərdə tutulub.

Bildirilir ki, yuxarıda göstərilən razılaşmalardakı kredit vəsaitləri də veriləndən sonra borcum ümumi məbləği 15 milyard dollardan çox olacaq.

Zaur H.