Amerikalı həmsədr: “Qarabağla bağlı növbəti görüş yaxın həftələrdə gözlənilir”

26 Oktyabr 2017 12:41 (UTC+04:00)

“Oktyabrın 16-da Cenevrədə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yaxşı nümunədir”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şefer Ermənistan mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ həmsədr ölkə kimi Minsk prosesinə sadiqdir.

“Biz daha əvvəl nail olunmuş razılıqları, həmçinin, Vyana və Sankt-Peterburq razılaşmalarını reallaşdırmağa çalışaraq, tərəfləri atəşkəs rejiminə hörmət etməyə və ən yüksək səviyyədə danışıqları davam etdirməyə çağırmaqda davam edirik. Həmsədrlər növbəti görüşün tarixinin dəqiqləşdirilməsi üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə işləyir. Növbəti görüş qarşıdakı həftələrdə gözlənilir”, - deyə amerikalı həmsədr vurğulayıb.

Asif