Bu şəhərlərdə respiratorla gəzmək lazımdır: ƏN ÇİRKLİ ŞƏHƏRLƏRİN REYTİNQİ

26 Oktyabr 2017 22:00 (UTC+04:00)

«Frankfurter Rundschau» dünyanın ən çirkləndirilmiş şəhərlərinin reytinqini tətbiq edib.

Şəhərlərin bəzilərində respirator taxmaq, bəzilərində toz yağışlarından, bəzilərində həddən artıq çox avtomobilin ətraf mühitə vurduğu zərərli təsirlərdən qorunmaq lazım olur. Bakıda da ekoloji vəziyyət ürəkaçan deyil: şəhər karbohidrogenin yüksək konsentrasiyasından əziyyət çəkir.

Publika.az Almaniyanın «Frankfurter Rundschau» nəşrinin hazırladığı ən çirkli şəhərlərin vəziyyəti haqda qısa icmalı oxuculara təqdim edir.

Pekin - Çinin paytaxtı dünyanın ən çirkli şəhərlərindən biridir. 20 milyondan çox sakinin yaşadığı şəhər dağlarla mühasirəyə alınmış alçaq yerdə yerləşir və hava mübadiləsini təmin edə bilən su sahəsi, məsələn, çaylar və ya dəniz yoxdur. Əlavə olaraq, Mao dövründən qalan çoxdan köhnəlmiş sənaye tikintiləri şəhərin çirklənməsinə təkan verir.

“Ostankino” teleqülləsindən Moskvaya açılan mənzərə onu göstərir ki, Rusiya paytaxtında ciddi problem var. Meqapolis hər şeydən əvvəl karbohidrogenin yüksək konsentrasiyasından əziyyət çəkir.

İranın Axvaz şəhəri toz yağışlarının daimi məskənidir. Bunun günahı böyük sənaye obyektləridir. Orada polad istehsal edilir.

Nyu-Dehli (Hindistan) həmçinin ekologiyanın çirkləndirilməsi baxımından üst pillələrdədir. Dünyanın başqa heç bir şəhərində havada burada olduğu qədər toz yoxdur. Şəhərdə 40% uşaq tənəffüs yolları xəstəliklərindən əzab çəkirlər.

Los-Anceles – dünyada avtomobil nəqliyyatının hərəkətinin yüksək sıxlığına görə birinci yerdədir. Demək olar ki, 13 milyon insan hər gün işə şəxsi avtomobilində gedir. Zərərli maddələrin tullanması pik vaxtı - səhərlər və axşamlar maksimal miqdara çatır.

Tədqiqatlara əsasən, Dakkada (Banqladeş) hər il 15 min insan havanın çirklənməsindən ölür. Dünyanın heç bir başqa şəhərində kükürd oksidinin belə yüksək konsentrasiyası yoxdur. Qıcıqlandıran qaz hər şeydən əvvəl polad istehsalı zamanı yaranır.

Qahirədə yol hərəkətinin və sənayenin sürətli inkişafının yüksək intensivliyi havanın keyfiyyətinin daim pisləşməsinə səbəb olur.

Lahorda (Pakistan) pik vaxtı: saysız-hesabsız avtomobillərdən işlənmiş qazın çıxması ölkənin ən böyük ikinci şəhərinə ciddi ziyan vurur. Regionu əhatə edən boş səhranın təbii tozu vəziyyəti pisləşdirən əlavə amildir.

Ulan-Batorda (Monqolustan) bir milyondan çox insan yaşayır və onlar evləri keçmişdə olduğu kimi kömürün və odunların köməyi ilə istidirlər. Bununla onlar ona imkan yaradırlar ki, ölkənin sənaye mərkəzində tullantı qazlarla bağlı problemlər daha da artsın.

Mexiko uzun müddət dünyanın ən böyük şəhəri hesab edilirdi. 20 milyondan çox sakinin yaşadığı şəhərin çirklənməsinə səbəb Ulan-Batorda olduğu kimi tullantı qazlardır. Yüksək toz buludu səbəbindən Ümumdünya ticarət mərkəzi praktik olaraq görünmür.

Yüksək temperaturlar, qum tufanları və məsuliyyətsiz şəxsi avtomobildən istifadə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) havanın keyfiyyətinə pis mənada ciddi təsir edir.

Zaur H.