2018-ci ildə neftin qiyməti artacaq

26 Oktyabr 2017 22:37 (UTC+04:00)

2018-ci ildə neftin qiyməti bir barelə görə 56 dollara qədər artacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatında deyilir.

"Proqnoza əsasən, 2018-ci ildə neftin qiyməti cari ilin bir barel üçün 53 dollarına nisbətdə 56 dollara qədər artacaq. Bu, tələbatın artması, neft ixracatçıları arasında hasilat həcminin azaldılmasına dair sazişin fəaliyyəti və ABŞ-da şist nefti hasilatının stabilləşməsi ilə əsaslandırılır", — deyə məlumatda bildirilir.