Rusiya sabah müharibə başlayacaq ssenarisi üzrə havadan,
qurudan və dənizdən 4 nüvə başlıqlı raketin sınağını keçirib.
Publika.az xəbər verir ki, sınaqları şəxsən Rusiya
prezidenti Vladimir Putin izləyib.
Putinin idarə etdiyi və şəxsən start düyməsinə basdığı atışlardan
birincisi Şimali Oxot dənizindəki sualtı gəmidən atılıb.
Sualtı gəmidən atılan iki yeni nəsil ballistik raket Arxangelsk
bölgəsindəki “Çija” poliqonunu vurub.
İkinci atış “Plistesk” kosmik bazadan atılıb. Burada atılan “Topol”
raketi Kamçatka yarımadasındakı “Kura” poliqonunu vurub. Eyni anda
Barents dənizindəki sualtı gəmidən dördüncü ballistik raket
atılıb.
Bununla yanaşı, Rusiyanın strateji bombardman təyyarələrinin
yerləşdiyi Engelsk hərbi hava bazasından havaya qalxan TU-160,
TU-95MS və TU-22MZ təyyarələri taktik nüvə başlıqları daşıyana
təlim raketləri ilə “Kura” poliqonunu vurub.
Asif