4 hektar sahədə bağ salındı: aztəminatlı ailələr üçün - VİDEO

27 Oktyabr 2017 22:58 (UTC+04:00)

Tovuz və Ağstafa rayonlarında şəhid və aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Ağacəkmə kampaniyası hər iki rayonda gənclərin fəallığı ilə seçilib. Əkilən ağaclar isə əsasən fındıq və xurma olub.

Publika.az bildirir ki, Çuxurlar qazılılır, meyvə tinkləri torpağa basdırılaraq suvarılır...

İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihəyə əsasən regionlarda meyvə bağları salınaraq şəhid və aztəminatlı ailələrin ixtiyarına verilir. Məqsəd bu ailələr üçün daimi gəlirin təmin olunmasıdır..

Bu günsə Tovuz və Ağstafada belə bağlar salınaraq ailələrə təhvil verilib.Layihə çərçivəsində ilk olaraq Tovuzda 2 hektar sahəyə 1200-dən çox fındıq tinki əkilib. Bildirilib ki, görülən işlər aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır..

Meyvə bağlarından pay alan ailələr layihəyə görə təşkilatçılara minnətdarlıq ediblər..

Tədbirdə işirak edən gənclər də layihəni yüksək qiymətləndiriblər.

Daha sonra Ağstafada 2 hektar əraziyə 1000 ədəd xurma ağacı əkilib. Meyvə bağları burada da bölünərək şəhid ailələrinə təqdim olunub.

Qeyd edək ki, layihənin ilkin mərhələsində fındıq,nar, ərik, feyxoa, xurma növlərindən olmaqla ümumilikdə 9 minə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Meyvə ağaclarının əkilməsi üzrə pilot layihə 2017-ci ilin aprelində başlayıb və ilk belə bağlar İsmayıllı rayonunda da salınıb.

Mövzu ilə bağlı Xəzər TV-nin daha geniş videomaterialını təqdim edirik: