Dünyanın ən bahalı saatı satışa çıxarıldı - FOTO

28 Oktyabr 2017 10:04 (UTC+04:00)

"Phillps" hərrac evində "Legendary Watches of the 20th Century" layihəsi çərçivəsində dünyanın ən bahalı və nadir saatı satışa çıxarılıb.

Publika.az xəbər verir ki, sözügedən saat "Rolex Cosmograph" firması tərəfindən 1968-ci illərin ortalarında istehsal edilib. Saatı dünya şöhrətli aktyor Paul Nyumana həyat yoldaşı, aktrisa Cuanna Vudvord hədiyyə etmişdir.

Kino ulduz Paul Nyumana aid olan təxminən 1 milyon dollara alınan saat hərracda 18 milyon dollara satılıb. Saatın yeni sahibinin adı gizli olaraq saxlanılıb.

Könül Cəfərli