ABŞ-dan Rusiyaya növbəti ZƏRBƏ: S-400...

30 Oktyabr 2017 09:28 (UTC+04:00)

ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara “S-400” maddəsi də əlavə edib.

Publika.az xəbər verir ki, ABŞ Rusiyanın “S-400” müdafiə sistemi və “Kalaşnikov” silahlarını satan “Rosoboronexport” və “Almaz-Antey” şirkətlərini qara siyahıya alıb.

Sanksiyaların siyahısı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb və konqresə təqdim edilib.

1 oktyabr tarixində tamamlanması gözlənilən layihənin bu zamana qədər gecikməsi müxalifəti şübhəyə salıb. Onlar ABŞ hökumətinin Rusiya ilə işbirliyi içində olduğunu iddia edib. Mövzu ilə bağlı açıqlama verən ABŞ-ın dövlət katibi Reks Tillerson layihənin bu qədər gecikməsinə səbəb olaraq ABŞ-ın Rusiya ilə ticarət əlaqələri olduğunu və bu əlaqələrin zərər görməsini istəmədiklərini bildirib.

Qeyd edək ki, Türkiyə bir müddət öncə Rusiya ilə “S-400” razılaşması əldə etmişdi. Səudiyyə Ərəbistanı da Moskvadan silah alması ilə bağlı anlaşmalara imza atmışdı.

Zümrüd