Ali Rada erməni nazir haqqında qətnaməni rədd etdi

1 Noyabr 2017 20:12 (UTC+04:00)

Ukrayna Ali Radasının aparatı Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakovun vəzifəsindən kənarlaşdırılması haqqında qətnamə layihəsini qeydə almaqdan imtina edib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda müstəqil deputat Yuri Levçenko bildirib.

Qeyd edək ki, Arsen Avakovun oğlu Aleksandr oktyabrın 31-də Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Aleksandr Milli Qvardiya üçün verilən sifarişlər zamanı korrupsiyaya və fırıldaqçılığa yol verməkdə ittiham olunur.

Bundan sonra deputatların bir hissəsi Arsen Avakovun vəzifəsindən kənarlaşdırılması tələbi ilə çıxış ediblər.

Milliyyətcə erməni olan Arsen Avakov ölkədə böyük nüfuza malikdir. Nazir millətçi “Azov” alayını (alay Avakovun şəxsi ordusu hesab edilir - red.) himayə etməkdə, “İnter” telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonun postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur.

Dövlət çevrilişi qərargahı hərəkətə keçdi - Erməni nazirin “Üçüncü Maydan” PLANI - FOTOLAR

Ömər Dağlı