“Mehmetcik” 80-dən çox terrorçunu məhv etdi

29 Noyabr 2017 20:39 (UTC+04:00)

Türkiyə Silahlı qüvvələri Şimali İraqın Asos bölgəsində keçirdiyi əməliyyatla PKK terror təşkilatına ağır zərbə vurub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Baş qərargahdan verilən məlumata görə, həftənin əvvəlindən bu yana aviazərbələr nəticəsində 80-dən çox terrorçu öldürülüb.

Terror təşkilatının bir silah-sursat anbarı, bir neçə yeraltı sığınacağı və içində silah olan iki yük avtomobili məhv edilib.

Ömər