Azərbaycanın feysbuk məkanını FƏTH EDƏN ERMƏNİ ŞEİRİ: tanınmış sima SƏSLƏNDİRDİ - VİDEO

1 Dekabr 2017 15:09 (UTC+04:00)

Feysbukda “994 FM” adlı səhifədə erməni şair Eduard Asadovun şeiri səsləndirilib.

Publika.az xəbər verir ki, səhifədə mütəmadi olaraq tanınmış azərbaycanlı aktyorların ifasında şeirlər səsləndirilir. Onların budəfəki seçimi isə erməni ailəsində doğulmuş Eduard Arkadyeviç Asadovun "Друг без друга у нас получается всё" adlı şeiri olub.

Digər maraqlı məqam isə şeirin yüzlərlə insan tərəfindən paylaşılmasıdır. Çox güman ki, onlar şeirin erməni şairə aid olmasından xəbərsiz olub.

Qeyd edək ki, şeiri “Park Cinema”nın PR meneceri Lalə Ələkbərova səsləndirib.

Sözügedən videonu təqdim edirik: