Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var

1 Dekabr 2017 22:16 (UTC+04:00)

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21099” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)