Türkiyədə kişilərə bu QADAĞAN EDİLDİ

2 Dekabr 2017 09:41 (UTC+04:00)

Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

Publika.az xəbər verir ki, müvafiq fətva Türkiyə Dəyanət İşləri İdarəsi tərəfindən verilib.

İdarənin dindarların suallarına ünvanladığı cavablarda bildirilir ki, saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın.

Lakin qeyd olunur ki, İslam qaydalarına görə, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir.

"Bu qəbuledilməz sayılır", - deyə materialda bildirilir.