Murat Boz 4 MİLYONA EV ALDI

2 Dekabr 2017 12:08 (UTC+04:00)

Tanınmış türkiyəli müğənni Murat Boz İstanbulun Levent bölgəsində görüntülənib.

Publika.az xəbər verir ki, ifaçı avtomobilində paparatsilərin obyektivinə tuş gəlib. Verilən sualları cavabsız qoyan Muratın avtomobilinin ön tərəfində “lüks məhəllə”lərə giriş-çıxışı kartının olması isə diqqətdən yayınmayıb.

Qeyd edək ki, ifaçı elə Levent ərazisindən 4 milyon lirə dəyərində ev alıb.

Pərviz Hüseyn