3 nəfər dərmandan zəhərləndi

29 May 2014 14:04 (UTC+04:00)

Azərbaycanda dərmandan zəhərlənmə hadisələri qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 28-də Nərimanov rayon sakini Elnarə Əliyeva, Abşeron rayonu Aşağı-Güzdək kənd sakini, azyaşlı Binyamin Quluzadə, Xırdalan şəhər sakini Aytən Məmmədzadə dərmandan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.