Molla yanına gedən şagirdin DƏHŞƏTLİ SONU: “Peyğəmbərimin yanına gedirəm" (YENİLƏNDİ)

4 Dekabr 2017 15:15 (UTC+04:00)

Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.

Rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.

Bir neçə aydır ki, dərsdən sonra “Quran” oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.

Məktubda bunlar qeyd edilib: “Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin”.

İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

***

İntihar hadisəsi dünən baş verib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Nehrəxəlilli kənd bələdiyyəsinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib.

Onun sözlərinə görə, 12 yaşlı oğlanın dəqiq hansı səbəbdən intihar etməsi məlum deyil:

“Amma kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb. Yəni, belə səbəbdən olduğu deyilir. Amma mən indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı yəqin orda biləcəm”.

Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

***

İsmayıl Adıgözəlovun valideynləri ilə əlaqə saxladım.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ağdaş rayonu Nehrəxəlil kənd bələdiyyəsindən Ayaz Kərimov bildirib.

Onun sözlərinə görə, İsmayılın atası özü də bilmir ki, oğlu özünü nə səbəbdən asıb: “Atası oğlunu qorxutmadığını deyir. O, baş verənləri telefonda olan hansısa oyunla əlaqələndirir. Qonşu uşaqların, ətrafdakıların məlumatına görə, kimlərsə telefonda onu hədələyib. O, dünən qorxudan özün asıb. Adını da dəqiq bilmədim, amma deyilənlərə görə, “balina ovu” idi”. (Mavi balina – red.)

Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.