Azərbaycanda yayımlanan xarici və peyk telekanalların siyahısı genişləndi

5 Dekabr 2017 11:41 (UTC+04:00)

Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ-da “Muz TV Azərbaycan” MMC və “Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub. (apa)