Azərbaycan futbolu üçün gərgin həftə sonu gəlir

7 Dekabr 2017 16:00 (UTC+04:00)

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Publika.az xəbər verir ki, final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sumqayıt" matçının başlanma saatı açıqlanıb.

Matç 11 dekabr tarixində saat 19:00-da baş tutacaq.

“Qarabağ” doğma meydanı "Azersun Arena"da Sumqayıt təmsilçisini qonaq edəcək.

Eyni gündə “Səbail” komandası “Qəbələ”nin qonağı olacaq.

¼ final mərhələsinin digər oyunları isə “Keşlə” – “Kəpəz” və “Zirə” – “Neftçi” cütlükləri arasında baş tutacaq.

Zümrüd