UEFA-dan Azərbaycan və Ermənistan milliləri ilə bağlı QƏRAR

8 Dekabr 2017 12:00 (UTC+04:00)

UEFA İcraiyyə Komitəsinin iclasında Azərbaycan və Ermənistan milliləri ilə bağlı qərar qəbul edilib.

Publika.az xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferin 2020-ci il Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqasının püşkatma mərasimlərində Azərbaycan və Ermənistan təmsilçilərinin ayrı-ayrı qruplara salınacağını deyib.

Çeferin bildirib ki, eyni qayda münasibətləri gərgin olan Rusiya və Ukrayna təmsilçilərinə də şamil olunacaq.

Qeyd edək ki, AÇ 2020-nin püşkatma mərasimi 2018-ci ilin dekabr ayında İrlandiyanın paytaxtı Dublində olacaq. Qitə birinciliyinin final mərhələsinin oyunları 12 şəhərdə keçiriləcək. Şəhərlərin siyahısına paytaxt Bakı da daxildir.

Zümrüd